Nağıllar, hekayələr

L.N. Tolstoy. İnək

Bir kənddə, anası və altı uşağı ilə yaşayan Marya adlı dul qadın vardı. Onlar yoxsulluq içində yaşayırdılar. 


Uşaqlarına süd içizdirsin deyə, Marya son pullarını üst-üstə qoyub qonur rəngdə Buryonka adlı inək aldı.  Hər gün böyük uşaqlar inəyi tarlada otarır, ona evin ətrafında bitən yonca yedizdirirdilər.


Bir gün ana həyətə çıxdı, böyük oğlu Mişa isə çörək götürmək üçün mətbəxdəki rəfə qalxdı, lakin bilmədən əli stəkana dəydi və stəkan yerə düşüb sındı. Mişa anasının onu danlayacağından qorxdu. Dərhal sınmış şüşələrin böyük parçalarını yığıb həyətə apardı və onları peyinin içinə basdırdı. Kiçik şüşə parçalarını isə götürüb içi yemlə dolu olan ləyəndə gizlətdi. 


Ana bir-iki dəfə stəkan haqda soruşdu, Mişa heç nə olmamış kimi bir kəlmə belə etmədi, bax beləcə söhbət bağlandı.


Ertəsi gün axşam yeməyindən sonra ana İnəyə ləyəndən yem verdi.  İnək bütün yemi çeynəyib yedi. Üstündən bir neçə saat keçdi, inək artıq nə yemir, nə də içmir... inəyin iştahı kəsilmişdi. Tez kənddəki baytarı çağırdılar. Baytar inəyi müayinə edib dedi: “İnək çox yaşamayacaq. Gec olmamış onu ət üçün kəsmək lazımdır.” İnəyi kəsmək üçün kənddən bir adam çağırdılar. Uşaqlar, həyətdə Buryonuşkanın səsini, gurultusunu eşidib, hamsı sobanın başına toplaşıb ağlamağa başladılar. Buryonuşkanın dərisi soyub, ətini parçalara böləndə, onun boğazından şüşə tapdılar. Beləliklə, Buryonkanın ölüm səbəbi məlum oldu.


Mişa bunu biləndə hömkür-hönkür ağlamağa başladı və stəkanı sındırıb ləyəndəki yemin içinə gizlətdiyini anasına etiraf etdi. Ana heç nə demədən özü ağlamağa başladı. 


Ana dedi: - Buryonuşkamızı öldürdük, indi almağa heç nəyimiz yoxdur. Kiçik balalarım süd olmadan necə yaşayacaqlar? Nə yeyəcəklər?


Bu sözləri eşidən Mişa daha çox ağlamağa başladı və inəyin başayağı yeyilib bitirilənə kimi sobanın üstündən aşağı enmədi. O, hər gün yuxusunda, Vasili əminin necə ölü, ancaq gözləri açıq və boyunu qırmızı Buryonuşkanın buynuzlarından tutaraq, yol boyu sürüdüyünü görürdü. 


O vaxtdan bəri uşaqlar süd içə bilmədilər. Yalnız bayramlarda Marya qonşulardan qazan istəyəndə, içində süd gəlirdi.


Bir neçə ay keçdi. Elə oldu ki, həmin kənddə yaşayan bir xanıma uşaqlarına qulluq edəcək dayə lazım oldu. Yaşlı qadın qızı Maryaya yaxınlaşıb dedi:


- Allah sənə uşaqları tək idarə etməkdə kömək olsun! Gedib o ailənin uşaqlarına dayəlik edəcəm, bəlkə, Allah nəsib edər, bir ilə inək üçün lazımi pulu qazana biləcəm!


Yaşlı qadın dediyi kimi də etdi. O, uzun müddətə başqa ailənin uşaqlarına dayəlik etməyə getdi. Maryaya uşaqlarla tək başına daha da çətin oldu. Uşaqlar isə bir il südsüz yaşadılar: onlar yalnız xəşil və doğramac yedilər. Arıqlayıb saraldılar.


Bir il keçdi, yaşlı qadın evə geri gəldi və özü ilə iyirmi rubl gətirdi.


- Yaxşı, qızım! – o, dedi, - İndi inək ala bilərik!


Marya və uşaqlar çox sevindilər. 


Qonşudan uşaqlarla evdə qalmağı xahiş edib, qonşu Zaxar dayı ilə inək seçməyə bazara getdilər. Onlar birgə Allaha dua edib, şəhərə getdilər.

 

Uşaqlar tez-tez bayıra çıxıb yeni inəyə tamaşa etmək üçün boylanırdılar. Uşaqlar aralarında hətta inəyin nə rəngdə olması barəsində mübahisə etməyə belə başladılar: bəziləri yeni inəyin - qəhvəyi, digərləri isə məhz qara olacağını bildirirdilər. Onu necə yedizdirəcəkləri haqqında da danışmağa başladılar. Bütün günü beləcə gözlədilər, gözlədilər...


Səhər dan açılanda uşaqlar pəncərədən boylandılar və uzaqda qaraltı gördülər. Gördülər ki, nənələri bir araba sürür, arabanın arxasında isə buynuzları iplə bağlanmış rəngli bir inək gəlir, anaları isə inəyi budaqla qovaraq, arxada addımlayır. 


Uşaqlar qaçıb inəyə baxmağa başladılar. Evdən çörək gətirib, ot yığıb onu bəslədilər. Ana isə daxmasına girib, paltarını dəyişdi. O, əlinə dəsmal alıb, vedrə götürüb inəyə yaxınlaşdı və inəyin yelini silməyə başladı. O, inəyi sağmağa başlayanda, uşaqlar bir dairədə oturub südün yelindən vedrənin kənarına necə sıçramasına və ananın barmaqlarının altından süzülməsinə uzun müddət tamaşa etdilər. Ana vedrənin yarısına kimi süd sağdı və onu zirzəmiyə apardı. 


Artıq şam yeməyində uşaqların içməsi üçün bir qazan süd qaynayırdı.