Son əlavə olunanlar

Bu maraqlıdır!

Rezin və kauçuk

Cənubi Amerikanın tropik meşələrində heveya ağacı bitir. Bu ağac heç bir şeylə diqqəti cəlb etmir. Kökünü kəssən, orada bizim zəncirotunda olduğu kimi, ağ süd şirəsi axacaq. Lakin bu süd şirəsi nisbətən qatı olur. Əgər bu şirədən çox yığıb günün altında saxlasaq, ondan yapışqan kimi sarımtıl kütlə alınacaq. Bu kütlədən Peru hindiləri uzunboğaz çəkmə düzəldib yağışda geyirdilər. İki yüz il bundan əvvəl Peruya gəlmiş avropalıların bu çəkmələrdən xoşu gəlmişdi. Axı Avropada o vaxtlar yalnız dəri ayaqqabı geyirdilər. Belə ayaqqabılar isə su keçirirdi.   

Roma memarlığı

Romalılar çox gözəl memar idi. Onların şəhərləri kvadrat və ya dördkünc formada idi və iki əsas küçəsi var idi, onlardan biri şərqdən qərbə, digəri isə şimaldan cənuba aparırdı.  

Qədim Yunanıstanda incəsənət

Yunanlar dahi yaradıcılar idilər. Onlar məşhur ədəbiyyat əsərləri yaradır, çox yaraşıqlı məbədlər, abidələr, heykəllər və çox gözəl keramikalar düzəldirdilər.   

Tutanxamonun məzarı lənətlənmişdimi

Çoxları belə hesab edir ki, Misir sərdabələri lənətlənib. Ancaq bu, əfsanədir. Əslində, Misir kahinləri oğruları qorxutmaq üçün sirli ovsunlar yazıblar, ancaq onların bu cadularının heç bir xeyri olmayıb, demək olar ki, bütün məzarlıqlar talanıb.   

Piramidalar

Piramidalar ilk fironların sərdabələridir. Firon Misirin hökmdarı idi. Xeops, Xefren və Mikerin piramidaları ən tanınmışlardır. Bu piramidalar çox böyükdür və onların tikintisində minlərlə adam işləyib.  

Süd yolu

Süd Yolu göy üzünün ən gözəl, ən ecazkar obyekti, yəqin ki, Süd Yoludur. Səmanın bir ucundan digərinə, qiymətli daşlardan düzələn qənirsiz bir boyunbağı kimi uzanıb gedir. Heç təsadüfi deyil ki, qədim insanlar da bu ecazkar mənzərəyə baxanda, eynən elə bizim kimi təəccüblənir, bu əsrarəngiz gözəlliyə heyran qalırlar. Gördüklərinin nə olduğunu anlamadan, öz aləmlərində Süd Yoluna cürbəcür, obrazlı izahlar verirdilər.