Son əlavə olunanlar

Mədəni irsimiz

Oxçu qalası

Zəngəzur mahalının Qafan rayonunun, Oxçu və Gığı çaylarının qovuşuğunda, Novruzyurd adlı hündür təpəliyin üstündə yerləşir. 

Naxçıvan milli rəqsləri

Rəqs sənətimizin tarixi xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir-birinə vuraraq, ahəngdar səs-sədalar altında rəqs etmişlər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Həmin rəqslər öz xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq vermişdir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşmış, cilalanmış və büllurlaşmışdır.   

Ağudi qəbirüstü abidəsi

Ağudi qəbirüstü abidəsi Qarakilsə nahiyəsinin Ağudi kəndində, Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir.

XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid unikal pulqabı

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid pulqabı diqqəti cəlb edir.

Zaviyə mədrəsə binası

Zaviyə-mədrəsə binası Naxçıvan şəhəri Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir. Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir.

Turacı rəqsi

Azərbaycanın məşhur qədim xalq rəqslərindən biri də “Turacı” rəqsidir. Bu rəqsi ancaq qadınlar oynayırlar. “Turacı” incə melodiyası ilə fərqlənir.