Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XVIII fəsil

Tomun böyük sirri elə bundan ibarət idi - o, quldur dostları ilə evə birlikdə qayıdıb öz dəfnlərində iştirak etməyi qərara almışdı. Şənbə günü hava qaralana yaxın onlar bir tirin üstündə Missuri sahilinə tərəf üzərək, şəhərdən beş-altı mil aşağıda quruya çıxmış, meşədə gecələmiş, səhər hava işıqlanana yaxın isə dolanbac yollarla kilsəyə gəlib balkonda qırıq skamyaların arasında yatıb yuxularını almışdılar. 

Mark Tven . Tom Soyyerin Macəraları. XVII fəsil

Lakin həmin sakit şənbə axşamı kiçicik şəhərdə heç kəsin əhvalı şən deyildi. Polli xalanın ailəsi və bütün Qarperlər qara geyinib ağır dərddən acı göz yaşları axıdırdılar. Şəhərdə qeyri-adi bir sakitlik vardı. Ancaq düzünə qalsa, bu şəhər elə həmişə sakit olardı. Şəhər əhlindən hərə bir növ fikri dağınıq halda öz işi ilə məşğul idi; bir-birlərilə, demək olar ki, danışmırdılar, elə hey ah çəkirdilər. Uşaqlar üçün şənbə günü istirahəti ağır bir yük olmuşdu. Onlar qətiyyən oynamaq və şənlənmək istəmirdilər, yavaş-yavaş bütün oyunlardan, demək olar ki, əl çəkdilər. Günün axırında Bekki Tetçer darıxdığından nə edəcəyini bilməyərək gəlib boşalmış məktəb həyətinə çıxmışdı. O öz-özünə danışırdı: 

Mark Tven . Tom Soyyerin Macəraları. XVI fəsil

Nahardan sonra bütün dəstə qumlu sahilə tısbağa yumurtası axtarmağa getdi. Uşaqlar çayın çox dayaz yerində gəzərək əllərindəki ağacı quma batırır, yumşaq yerə rast gəldikdə aşağı çökərək əlləri ilə qumu eşməyə başlayırdılar. Bəzən onlar hər çaladan əlli-altmış yumurta tapırdılar. Yumurtalar girdə, ağappaq və qozdan bir az kiçik olurdu. Həmin gecə uşaqlar böyük bir ziyafət düzəltdilər, doyunca qayğanaq yedilər, hələ səhərə də saxladılar.   

Mark Tven . Tom Soyyerin Macəraları. XV fəsil

Biz bu fikirdəyik ki, üç gecəyə İllinoys ştatının sərhədində, Oqayo çayının Missisipiyə töküldüyü yerdə yerləşən Kairə çatarıq, istəyimiz də yalnız bu idi. Burada biz salı satıb paroxoda oturar, Oqayo ilə üzü yuxarıya gedərik, ora azad ştatlardır, heç bir şeydən də qorxumuz olmaz.   

Mark Tven . Tom Soyyerin Macəraları. XIV fəsil

Səhər yuxudan oyandıqda Tom harada olduğunu birdən-birə başa düşmədi. O oturdu, gözlərini ovuşdurdu və boylanıb ətrafına baxdı. Yalnız bu zaman özünə gələ bildi. Sərin və tutqun bir səhər açılırdı, meşənin dərin sükutu adamda xoş dinclik və rahatlıq hissi oyadırdı. Ağaclardakı yarpaqların biri də tərpənmirdi; təbiətin bu əzəmətli sükutunu bir səs belə pozmurdu. Otların və yarpaqların üstünə mirvari dənələri kimi şeh düşmüşdü. Ocaqdakı kösövlərin üstünü ağ kül örtmüşdü, nazik mavi tüstü düz qalxaraq yuxarıda əriyirdi. Co ilə Hek hələ də yatırdılar.  

Mark Tven . Tom Soyyerin Macəraları. XIII fəsil

Nəhayət, Tom qərara gəldi. Onun əhvalı pozulmuşdu, artıq hər şeyə hazır idi. Onun dostları yoxdur, hamı onu atmışdır, heç kəs onu sevmir. Bədbəxt uşağı nə vəziyyətə gətirib çıxartdıqların gördükdən sonra bəlkə də ona acıdılar. O, yaxşı olmağa çalışır, buna can atırdı, lakin imkan vermədilər. Bir halda ki, onlar Tomdan yaxalarını qurtarmaq istəyirlər, nə eybi var, qoy qurtarsınlar. Təqsiri onun özündə görəcəklər, qoy görsünlər! Məgər hamının üz döndərdiyi kimsəsiz bu uşağın şikayətlənməyə haqqı var? Axır ki, onu məcbur etdilər, eybi yoxdur, o da bundan sonra oz həyatında cinayətdən çəkinməyəcəkdir. Başqa çıxış yolu yoxdur.