Mark Tven. Heklberri Finnin macəraları. XXIII fəsil
Hersoq ilə kral bütün günü yorulmaq bilmədən işlədilər, səhnəni qurdular, pərdə asdılar, rampa əvəzinə səhnənin qırağına şam düzdülər, axşam isə gözümüzü açmağa macal tapmamış, zal ağzınacan adamla doldu; tamaşaçıların hamısı kişi idi. Daha adam buraxılmağa yer qalmadığı vaxt hersoq biletləri yoxlamaqdan əl çəkib binanı bayır tərəfdən hərlənərək gəlib səhnəyə çıxdı, pərdə qarşısında duraraq qısa nitq söylədi.