Son əlavə olunanlar

Nağıllar, hekayələr

Şəfiqə Ağayeva. Qəribə Rəssam

Leyla tikiş tikmәyi xoşlayırdı. Onun yaşıl, qırmızı, göy, sarı rәngli sapları vardı. Hәmişә anası ilә bağa gәzmәyә gedәndә iynә, sap vә bir parça ağ aparıb, әl işi ilә mәşğul olardı...  

Mark Tven . Tom Soyyerin Macəraları. XXIII fəsil

Nəhayət, ölü şəhərcikdə bir gün canlanma əmələ gəldi, adamlar bir-birinə dəydi: həkimi öldürən adamın mühakiməsi başlanmışdı. Şəhərdə hamının sözü-söhbəti ancaq bu haqda idi. Tom bu söhbətlərdən heç cürə yaxa qurtara bilmirdi. Qətl haqqındakı hər bir söz onun qəlbini dondurur, vicdanı təmiz olmadığına və qorxduğuna görə elə bilirdi ki, bu sözləri qəsdən, onu yoxlamaq üçün deyirlər. O, başa düşürdü ki, həkimin öldürülməsində onun xəbərdar olduğundan şübhələnməyə heç bir əsas yoxdur, bununla belə, həmin danışıqları eşitdikdə ürəyi sakit ola bilmirdi. Bədəninə üşütmə gəlirdi. O, Heki çəkib xəlvət bir yerə apardı ki, onunla sərbəst danışa bilsin. Heç olmasa bir-iki kəlmə danışıb ürəyini boşaltsa, özü kimi əzaba düçar olan bir adamla dərdini bölüşsə vəziyyəti bir qədər yüngülləşərdi. Bundan başqa, o yoxlamaq istəyirdi ki, görsün Hek ağzından söz-zad qaçırmayıb ki. 

Mark Tven . Tom Soyyerin Macəraları. XXII fəsil

Mən sirkin yanına gedib dal qapı tərəfdə veyllənməyə başladım, qarovulçu gəlib yanımdan keçdikdən sonra isə sirk çadırının brezentini qaldırıb içəri keçdim. Yanımda iyirmi dollarlıq bir qızı pul və başqa pullar vardı, ancaq mən onları xərcləmək istəmirdim. Bilmək olmazdı, evdən bu qədər uzaqda, həm də özgə adamlar içərisində həmişə pul lazım ola bilər. Ehtiyat yaxşı şeydir. Mən havayı keçmək mümkün olmayan yerdə sirkə pul verməyin ələyhinə deyiləm, ancaq pulu çölə tullamaq da olmaz.   

Mark Tven . Tom Soyyerin Macəraları. XXI fəsil

Yay tətili yaxınlaşırdı. Həmişə ciddi olan müəllim indi daha sərt və daha tələbkar olmuşdu, o istəyirdi ki, məktəb imtahanlarda fərqlənsin. Çubuq və xətkeş xüsusilə aşağı siniflərdə heç bir zaman bekar qalmırdı. Yalnız şagirdlərin ən böyükləri, on yeddi-on səkkiz yaşlı qızlar, oğlanlar çubuqlanmadan azad idilər. Mister Dobbinsin isə adam döyməsinə söz ola bilməzdi, tamamilə daz və işım-işım işıldayan başına parik geysə də yaşı o qədər çox deyildi. Əzələləri möhkəm və qüvvətli idi. Böyük gün yaxınlaşdıqca mister Dobbinsin daxilində gizlənmiş olan zalımlıq əlamətləri bir-bir zühur edirdi: elə bil ki, hər kiçik hərəkət üstündə adamı cəzalandırmaq ona ləzzət verirdi. Ona görə də ən balaca uşaqlar günlərini qorxu və əzab içərisində keçirir, axşam olanda isə yatmır, ondan necə intiqam alacaqlarını düşünürdülər. Müəllimin işini korlamaq üçün onlar bircə fürsəti də əldən qaçırmırdılar. Ancaq müəllim də onlardan geri qalmırdı. Hər bir müvəffəqiyyətli intiqamın əvəzi o qədər amansız və dəhşətli olurdu ki, uşaqlar hər dəfə döyüş meydanından böyük itki ilə geri çəkilməli olurdular.   

Mark Tven . Tom Soyyerin Macəraları. XX fəsil

Onlar bizə müxtəlif suallar verməyə başladılar, soruşdular ki, salı nə üçün belə örtmüşük, gündüzlər üzüb getmək əvəzinə nə üçün dayanırıq, bəlkə Cim qaçqındır? Mən onlara cavab verib dedim:  

Mark Tven . Tom Soyyerin Macəraları. XIX fəsil

Tom əhvalı pozulmuş evlərinə qayıtdı, lakin xalasının ilk sözündən başa düşdü ki, dərdini dağıtmaq üçün bura heç də münasib yer deyildir.