Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXII fəsil

Mən gəlib malikanəyə çatdığım vaxt ətraf bazar günləri olduğu kimi sakit idi; isti, günəşli bir gün idi; hamı tarlaya, işləməyə getmişdi; havada böcək və milçəklərin güclə eşidiləcək vızıltılarından adamı elə kədər bürüyürdü ki, elə bil ətrafda hər şey ölmüşdü, bir balaca meh əsib ağacların yarpaqlarını xışıldadanda adamın ürəyi düşür və ela gəlirdi ki, kabuslar, çox-çox bundan əvvəllər ölmüş adamların ruhları bir-birilə pıçıldaşır, guya onlar sənin haqqında danışırlar. Bütün bunları görəndə və eşidəndə adam özü də ölmək istəyir, fikirləşirsən ki, heç olmazsa, bütün bunlar tezcə qurtarıb gedəydi!   

Nurlana İşıq. Qonur ayının səfəri

Meşənin ən qaranlıq yerində,  böyük bir mağarada balaca qonur ayılar dünyaya göz açmışdılar. Günlər keçdikcə parlaq xəzli bu ayıcıqlar bir – bir yuvanı tərk etməyə başladı. Onlardan yalnız biri  anasından ayrılmaq istəmirdi. Mehriban ana tez – tez öz balasına xatırladırdı:  

Nurlana İşıq. Turist oğlan

O var idi, bu yox idi, bəzən az idi, bəzən çox idi, ilin- günün boş vaxtı , böyük şəhərlərin xoş vaxtı , Yer kürəsinin meyxoş vaxtı idi.   

Mark Tven. Heklberri Finnin macəraları. XXXI fəsil

Biz bir neçə gün şəhərlərdə dayanmağa qorxub hey üzür, çayaşağı gedirdik. İndi biz cənubda, evimizdən çox-çox uzaqlarda, isti yerlərdə idik. Gövdələrini, uzun ağ saqqal kimi ispan mamırı basmış ağaclara rast gəlirdik. Mən onun necə bitdiyini birinci dəfə idi ki, görürdüm, bu mamır meşəni tutqun və qəragin göstərirdi. Bizim fırıldaqçılar qət etdilər ki, daha qorxmalı bir şey yoxdur, buna görə də şəhərlərdəki camaatı yenidən aldadıb soymağa başladılar. 

Mark Tven. Heklberri Finnin macəraları. XXX fəsil

Onlar gedib salın üstünə çıxan kimi, kral mənə tərəf atıldı, yaxamdan yapışıb dedi:   

Zahid Xəlil. Mum

Əgər bal yеməyi sеvirsənsə, dеməli, mum sözünü də еşitmisən. Amma yəqin bilmirsən ki, arılar mumu nеcə istеhsal еdir.