Son əlavə olunanlar

Nağıllar, hekayələr

Kartof qoxulu daşlar

Şagird müəlliminə dedi: -Siz müdriksiz, həmişə əhvalınız yaxşıdır, heç vaxt acıqlı olmursunuz. Mən də sizin kimi olmaq istəyirəm, kömək edin.

Ayselin arzusu

Aysel anadangəlmə fiziki  məhduduyyətli doğulmuşdu. Onun ayaqları inkişafdan geri qalmışdı. Əlil arabası ilə dərsə gedir,  mehriban dostları ilə  gözəl günlər keçirirdi. Uşaqların əhatəsində elə xoşbəxt olurdu ki... Dostları ona əlilliyinin  olmasını unutdururdu. Ona elə gəlirdi ki heç əlilliyi yoxdur, ayaqları da heç inksafdan geri qalmayıb, sap-sağlamdı. Bu gözəl hissləri ona dostları ilə yanaşı müəllimləri də yaşadırdı. Dərslərini əla qiymətlərlə oxuyan Ayselin həm də rəqqasə olmaq arzusu var idi. Bu arzusu haqqında fikirləşəndə gözlərini bir anlıq hərəkətsiz ayaqlarına dikər, köks ötürərdi. Rəqqasə olmaq arzusunu yalnız rəfiqəsinə demişdi. Səidə onun ən yaxın rəfiqəsi idi. Həm də Səidəyə tapşırmışdı ki, bu arzusunu heç kimə bildirməsin. Elə bilirdi kim bilsə, ona gülər.  

Mark Tven. Tom Soyyerin Macəraları. XXIX fəsil

Tom cümə günü səhər tezdən çox şad bir xəbər eşitdi: hakim Tetçerin ailəsi düşən şəhərə qayıtmışdı. O saatca xəzinə də, hindi Co da ikinci plana keçdi, Tomun xəyalında birinci yeri tutan Bekki oldu. Tom qızın yanına qaçdı, onlar öz sinif yoldaşları ilə birlikdə lap yorulub əldən düşənə qədər "qaçdı-qovdu" və başqa oyunlar oynadılar. 

Dəvə və tikan

Bir dəvə çöldə otlayırdı. Yarpaqlanmış tikan koluna yaxınlaşıb, istədi yarpaqlarını yesin. Ağzını kola tərəf  uzadanda gördü ki, onun içində bir ilan qıvrılıb yatıb. Dəvə tamah dişini ondan çəkib geri qayıtdı.  

Mark Tven . Tom Soyyerin Macəraları. XXVIII fəsil

Həmin axşam Tomla Hek möhkəm hazırlaşmışdılar. Saat doqquza qədər mehmanxananın ətrafında dolaşdılar; onlardan biri mehmanxananın qapısını, o biri isə uzaqda dayanıb dalanı güdürdü. Dalana girib-çıxan yox idi, mehmanxanaya girənlərin içərisində də ispaniyalıya oxşayan bir adam görmədilər. Gecə havanın işıq olacağı gözlənilirdi. Tom evlərinə getdi və gedərkən Hekə tapşırdı ki, çox qaranlıq olsa gəlib miyoldasın, onda Tom pəncərədən sivişib çıxar, birlikdə açarları yoxlamağa gedərlər. Ancaq hava işıq oldu, Hek gecə saat on ikiyə qədər qarovul çəkdikdən sonra boş şəkər çəlləyinə girib yatdı.  

Ağıllı kirpi və hiyləgər tülkü

Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi. Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar. Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular.