Son əlavə olunanlar

Nağıllar, hekayələr

Cıqqıldayan qurbağa. İngilis xalq nağılı

O vaxtlar elə bir xoş dövran idi ki, gəl görəsən. Vur çatlasın idi: donuzlar elə donuzdular. İtlər əhəng yeyirdi. Meymunlar tənbəki sümürürdü. Evlərin damını xəmirlə örtürdülər. Küçələrə pudinq döşəmişdilər. Qızardılmış donuz balaları bellərində çəngəl-bıçaq küçələrdə vurnuxub “Gəlin, gəlin bizi yeyin!” deyə aləmə səs salırdılar. Səyyahlar üçün əsl kef çəkməli əyyam idi.

“Alyonka”. (Belorus xalq nağılı)

Biri vardı, biri yoxdu, bir baba ilə bir nənə var idi. Onların Alyonka adlı bir qızları var idi. Lakin qonşulardan heç kim onu öz adı ilə çağırmırdı, hamı ona Gicitkən kəpənəyi deyərdi. "Bax, - deyərdilər, - Gicitkən kəpənəyi Boz atı otarmağa apardı". "Bax, Gicitkən kəpənəyi Lıska ilə göbələk yığmağa getdi". Alyonka yalnız bunu eşidirdi: Gicitkən kəpənəyi, gicitkən kəpənəyi...

“Qızılquş və gürzə”

Qızılquş gözəl bir çəməndə gəzirdi, birdən gürzə onu gördü və dedi:  

Xanımböcəyi

Biri vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı.

Zərifə nənə

Uşaqlar həyətdə qaçdı-qovdu oynayırdılar. Səsləri həmişəki kimi məhəlləni bürümüşdü. Güllü uşaqları sakitlləşdirdi:

Sehrli qarpız

Biri vardı, biri yoxdu, bir kənddə Xumar adlı mehriban bir qadın vardı. Xumar xala uşaqları sevər, həmişə müxtəlif şirniyyatlar bişirib onları qonaq edərdi. Qadının evinin yanında bulaq axırdı. O, səhəngə bulaq suyu doldurub hamıya paylayardı. Xumar xala ilə qonşuluqda bir qadın yaşayırdı. Deyingən olduğundan hamı ona Deyingən xala deyirdi. O, bütün günü deyinər, zəhlə tökərdi. Deyingən xala uşaqları sevməz, onları həmişə danlayardı.